Demokratik İslahatlar Partiyasının qurucularından biri vəfat etdi

Demokratik İslahatlar Partiyasının qurucularından biri vəfat etdi

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. 

Aktual.az xəbər verir ki, tanınmış vəkil, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, "Çernin və partnyorları" hüquq firmasının prezidenti, Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü  Çernin Eduard Mayoroviç  uzun sürən xəstəlikdən vəfat edib.

Eduard Çernin Azərbaycanın ləyaqətli vətəndaşlarından və vəkillərindən biri, Azərbaycan-İsrail Cəmiyyətinin idarə heyətinin sədri idi. Onun xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri olmuşdu.

Çernin Demokratik İslahatlar Partiyasının yaradıcılarından biri idi. 

"O, yaddaşımızda gözəl insan, yaxşı dost, ləyaqətli vətəndaş kimi qalıb. Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Eduard Çerninin doğmalarına, ailə üzvlərinə və yaxınlarında dərin hüznlə başsağlığı veririk!" deyə Demokratik İslahatlar Partiyasının başsağlığı mesajında bildirilir.

Allah rəhmət eləsin!
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR