Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllinə zəmin yaranmışdır

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllinə zəmin yaranmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası öz bəhrəsini verir. Reallıq budur ki, məhz rəsmi Bakı bölgədə təhlükəsizliyin bərqərar olunması zəminində formalaşan yeni reallığın müəllifinə çevrilmişdir. Bu qürurverici reallıq ölkə ictimaiyyətində dərin rəğbət hissi doğurmuşdur. Bu barədə söz düşəndə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev dedi: 


– Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaratmışdır. 
Regionun yeni reallığı belədir: Bir tərəfdə güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan, o biri tərəfdə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan dayanır. Bu reallığı müşahidə etmək qürur doğurur! 
Bəs müstəqil Azərbaycan dövlətinin uğurlarının əsas səbəbləri hansılardır? Bu sualın cavabı çoxlarına bəllidir: Belə ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi.  
Rəsmi Bakı işğalçı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı inam və etimada əsaslanan dost, strateji əlaqələr qurmağa nail olub. Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.
Azərbaycan qonşu İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələri daha da gücləndirdi. 
Təsadüfi deyil ki, bu günlərdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.  Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. 

 

Mənbə: "Xalq qəzeti”

 

Aktual.az

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR