Dağlıq Qarabağ münaqişəsi haqqında növbəti kitab nəşr olundu - İngilis dilində

Dağlıq Qarabağ münaqişəsi haqqında  növbəti kitab nəşr olundu  - İngilis dilində

Dağlıq Qarabağ probleminə dair ingilisdilli kitablar siyahısına daha biri daxil edilib.

Aktual.az ANN.Az-a istinadən xəbər verir ki, bugünlərdə xaricdə hüquq təhsili alan həmyerlimiz Vahid Əliyevin yazdığı "Beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağ münaqişəsinin təhlili" kitabı çapdan çıxıb. Xüsusən, aprel ayının əvvəllərində "üçgünlük" müharibə ilə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edən Dağlıq Qarabağ problemindən bəhs edən bu kitab ingilis dilində hazırlanıb.

İngilisdilli oxucunun münaqişə haqqında daha ətraflı informasiyası olsun deyə müəllif Dağlıq Qarabağ münaqişəsinin tarixi, sovet qanununa uyğun olaraq DQ-nin hüquqi statusu haqqında qeydlərini təqdim edib.

V.Əliyev öz kitabında Dağlıq Qarabağ münaqişəsinin hazırkı təhlilini və müzakirəsini önə çıxaramağa çalışıb. O, ilk növbədə Azərbaycan tərəfindən irəli sürülmüş "Uti possidetis juris" (varis dövlət tərəfindən keçmiş
imperiyanın varlıqlarına yönəlik suverenlik haqqı və xüsusilə də torpaq tələbləri ilə bağlı siyasi-qanundur) prinsipi çərçivəsində Qarabağ ermənilərinin sovet və beynəlxalq hüquq normalarına əsasən ayrılmaq hüquqlarını məsələsini ön plana qoyaraq, münaqişənin qısa tarixi və faktoloji məlumatı ilə başlayıb.

Kitabda DQ-ın statusu məsələsinə, orada keçirilən referendumların beynəlxalq hüquq standartlarının pozulmasına, xalqların və azlıqların öz müqəddəratını təyin etməsinə toxunulub, eləcə də DQ münaqişəsinin beynəlxalq hüquqa və BMT qətnamələrinə əsasən qiymətləndirilməsi verilib.

Vahid Əliyev 1986-cı ildə Bakıda anadan olub. Qərb Universitetinin hüquq fakültəsinin məzunu (2008-ci il) olan kitab müəllifi daha sonra Ukraynanın Kiyev Milli Ticarət-İqtisadi Universitetində magistr dərəcəsi alıb. 2014-cü ildə isə o, London Universitet Kollecinin (UCL) hüquq fakültəsinə qəbul olub. Universitetin hüquq üzrə magistr dərəcəsinə layiq görüldükdən sonra o, Britaniya Beynəlxalq və Müqayisəli Hüquq İnstitutunun tərkibindəki Hüquq Qaydaları üzrə Bingham Mərkəzində təcrübə keçib.

Müəllifin öz qeydinə görə, bu kitabın ərsəyə gəlməsində elmi rəhbəri professor Roger O`Keefe-nin rolu böyükdür.

Kitab "Qanun" nəşrlər evində çapdan çıxıb.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR