Daha bir türk şirkəti Rusiyadakı zavodunu bağladı

Daha bir türk şirkəti Rusiyadakı zavodunu bağladı

Türkiyənin ən iri elektron və texniki məişət avadanlıqları istehsal edən şirkətlərindən biri özünün Rusiyadakı nəhəng istehsal müəssisəsini bağlayıb.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, "Vestel"in Rusiyadakı ilk zavodu 2003-cü ildə Vladimir şəhərinin Aleksandrov şəhərində tikilib. Zavod televizor istehsal edib. 2005-ci ildə zavod dəhşətli yanğında məhv olub. 2006-cı ildə soyuducu və paltaryuyan maşınlar zavodu tikilib və yanmış televizor zavodu tam bərpa olunub. 2010-cu ildə isə maye-kristal ekranlı televizorların istehsalı başlanıb. Zavod ildə 600 min ədəd paltaryuyan maşın və 550 min ədəd soyuducu istehsal edib. Zavodun ümumi ərazisi 303 000 kvadrat metr olub.

Qeyd edək ki, "Vestel-Rusiya" şirkətinin 1500 işçisi olub.

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR