Daha bir təyyarə qəzası - 12 ölü

Daha bir təyyarə qəzası   - 12 ölü

Papua-Yeni Qvineyanın şərqində sərnişin təyyarəsi qəzaya uğrayıb.

AzNews.az Avstraliya KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində pilot və 11 nəfər sərnişin vəfat edib. Pilotun Avstraliya vətəndaşı olduğu ehtimal edilir.

Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Papua-Yeni Qvineyadakı ali komissar (səfir) yerli hakimiyyət orqanları ilə sıx təmasdadır. Qəzanın baş vermə səbəbləri və ölənlərin kimliyi araşdırılır.

“Əgər ölənlər arasında Avstraliya vətəndaşları olsa, onların ailəsinə bütün lazımi konsulluq dəstəyi verməyə hazırıq”, -deyə XİN rəsmisi bildirib.

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR