Daha bir telejurnalistə nazirlikdə vəzifə verildi

Daha bir telejurnalistə nazirlikdə vəzifə verildi

İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb. Onun mətbuat xidmətinə məsləhətçi təyin olunduğu bildirilir. 

Aktual.az xəbər verir ki, bu barədə məlumatı nazirlikdən modern.az-a təsdiqləyiblər. 
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

Qeyd edək ki, Yaqut Məmmədova əvvəllə "Lider" TV-də, "New Bakupost" qəzetində çalışıb. 
 
Aktual.az
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR