Somalidə törədilən iki terror aktı nəticəsində 21 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
Bazar günü Somalinin cənub-qərbində yerləşən Baydabo şəhərində iki terrorçu-kamikadze restoran qarşısında iki minalanmış avtomobili partladıb. Həmin zaman restoranda xeyli sayda insan olub.
"Əş-Şabab" qruplaşması törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.