Daha 6 şəhərin baş plan layihələrinin hazırlanmasına start verilib

Daha 6 şəhərin baş plan layihələrinin hazırlanmasına start verilib

Azərbaycanda daha 6 şəhərin baş plan layihələrinin hazırlanmasına start verilib.

Aktual.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında deyib.
S.Nuriyev qeyd edib ki, ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılıb, Biləsuvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir:"Eyni zamanda 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanmasına start verilib. Hazırda ölkəmizdə təsdiq olunmuş baş planları olan cəmi 34 şəhər var. Eyni zamanda, 2019-cu ildə hazırlanmasına əvvəlki illərdə başlanılmış daha bir neçə şəhərin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir".
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR