Cəbrayıllılar öz yurdlarına nə vaxt qayıdacaq? - Deputat açıqladı (VİDEO)

Cəbrayıllılar öz yurdlarına nə vaxt qayıdacaq? - Deputat açıqladı (VİDEO)

Dövlət işğaldan azad olunan ərazilərin tikinti-quruculuğu zamanı kompleks yanaşma həyata keçirir. Bunu xüsusilə ölkə başçısının Cəbrayıla səfəri zamanı daha aydın görmüş olduq. Məqsəd insanların həyat şəraitini yaxşılaşdırmaq, işə əlçatanlığını təmin etməkdir.
 
Həmin səfərdə iştirak edən Cəbrayıl rayonunun millət vəkili Ceyhun Məmmədov "Xəzərxəbər"ə bildirir ki, sürətlə aparılan yenidənqurma işləri vətəndaşlar ən qısa zamanda öz yurdlarına dönməyə imkan verəcək.

''Uzun illərdir öz dədə-baba yurdlarına həsrət qalan məcburi köçkünlər ən qısa zamanda doğma evlərinə qayıdacaq''. Bunu prezidentin Cəbrayıla səfəri zamanı ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə iştirak edən Cəbrayıllı millət vəkili Ceyhun Məmmədov bildirib. O əlavə edib ki, ilk olaraq Cəbrayılın ''Cocuq Mərcanlı'' kəndindən başlayan ''Böyük Qayıdış'' prosesi artıq sürətləndirilib.

O əlavə edib ki, işğaldan azad olunan ərazilərdə vətəndaşların işlə təminatına xüsusi önəm veriləcək. 

Cəbyraılın işğaldan azad olunan günü bir çox sosial infrastruktur layihələrinin təməlinin atılması, o cümlədən həmin ərazidə ''Araz Vadisi İqtisadi Zonası''nın yaradılması da Şərqi Zəngəzurun inkişafı üçün atılan ən önəmli addımlardan biridir. Bu səbəbdən Şərqi Zəngəzur İqtisadi Zonasına daxil olan Cəbrayıl rayonunun inkişafı və yenidən qurulmasına diqqət daha da artırılıb.

Qeyd edilib ki, dövlət işğaldan azad olunan ərazilərin yenidən qurulmasında kompleks yanaşma nümayiş etdirir. Məqsəd yenidənqurma ilə yanaşı insanların həyat şəraitini yüksəltmək, işə əlçatanlığını təmin etməkdir.

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR