Cahangir Hacıyev "İnter"in oyununda

Cahangir Hacıyev

İyulun 23-də futbol üzrə UEFA Avropa Liqasındakı təmsilçilərimizdən Bakının “İnter” komandası ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib.

“İnter” komandası “Şəfa” stadionunda İslandiyanın “Hafnarfyordur” klubunu qəbul edib.



Öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu iləqarşılaşacaq.


Qeyd edək ki, "İnter"in sahibi, Beynəlxalq bankın sabiq rəhbəri Cahangir Hacıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət önündə görünüb. 



Qol.Az-ın məlumatına görə, o, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib. 



Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən C.Hacıyev "İnter"in tarixi uğuruna şahidlik edib.

 
Xəbər 766 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR