Bülletenlərin sayılması başa çatdı - MSK

Bülletenlərin sayılması başa çatdı  - MSK

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 məntəqənin hesabat verməsi və bülletenlərin sayılması prosesi yekunlaşıb.

Aktual.az-ın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, daxil olan 5547 protokol üzrə 2 milyon 894 min 515 bülleten sayılıb.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə 5 milyon 198 min 658 seçicidən 2 milyon 894 min 515 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR