Bu yol təmirə bağlanır - Fotolar

Bu yol təmirə bağlanır   - Fotolar

Uzunluğu 1 kilometr, ortalama eni isə 15 metr olan küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə küçənin 15 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min p/m yeni səki daşı düzüləcək.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sitemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək.




Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri də aparılacaq.



Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR