Bu türk ölkəsi ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi

Bu türk ölkəsi ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Aktual.az xəbər verir ki, ölkə bu nailiyyətə dördüncü cəhddə çatıb.
Asiya-Sakit Okean regionundan ayrılan yerə Qırğızıstan və Filippin namizədliyini irəli sürmüşdü. Bişkek 142 səs, Manila isə 49 səs toplayıb.
BMT Baş Assambleyası 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasına 5 yeni qeyri-daimi üzv seçib. Avstriya, Portuqaliya, Zimbabve, Trinidad və Tobaqo ilə yanaşı Qırğızıstan da Şuraya daxil olub.
Qırğızıstan Prezidenti Sadır Japarov bu münasibətlə yazıb: "Biz BMT tarixinin yeni səhifəsinin yazılmasında iştirak edəcəyik. Təbrik edirəm, həmvətənlər!"
Xəbər 134 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR