Bu ölkədə deputatların maaşı yarıya endirildi

Bu ölkədə deputatların maaşı yarıya endirildi

Macarıstan parlamenti deputatların maaş və müavinətlərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qərar Macarıstanın Baş naziri Peter Magyarın dövlət xərclərinin azaldılması və dövlət maliyyəsinin bərpası istiqamətindəki təşəbbüslərinə dəstək kimi qiymətləndirilir.
Milli Assambleyada iştirak edən 189 deputatın hamısı hakim Tisa Partiyasının təqdim etdiyi qanun layihəsinin lehinə səs verib. Yeni qanuna əsasən, deputatların aylıq maaşları 40% azaldılacaq. Nəticədə onların aylıq maaşı gələn aydan etibarən təxminən 3.690 avroya enəcək.
Bu addım aprel ayında islahatlar və korrupsiyaya qarşı mübarizə vədləri ilə hakimiyyətə gələn Peter Magyarın əsas seçki vədlərindən birinin yerinə yetirilməsi hesab olunur.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR