Bu ilin Günəş tutulmalarının vaxtları açıqlanıb

Bu ilin Günəş tutulmalarının vaxtları açıqlanıb

2016-cı ilin Günəş tutulmalarının vaxtları açıqlanıb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, yer kürəsində martın 8-i, mayın 9-u və sentyabrın 1-də günəş tutulması hadisəsi baş verəcək.
Məlumata görə, martın 8-də və sentyabrın 1-də tam günəş tutulması hadisəsi olacaq, mayın 9-da isə Merkuri planeti Günəş diskinin üstündən keçəcək.
Merkuri günəşin üzərindən günün birinci hissəsi ərzində keçəcəyi bildirilir. Bu hadisəni yer kürəsindən yalnız xüsusi avadanlıqlarla müşahidə etmək mümkün olacaq. Mayın 9-da olacaq günəş tutulması hadisəsi 7 saat 30 dəqiqə davam edəcək.
Martın 8-9-da baş verəcək Günəş tutulması təbiət hadisəsini insanlar əsasən İndoneziya və Havay adaları ərazisində müşahidə edə biləcəklər. Sentyabrın 1-də olacaq günəş tutulması hadisəsi isə Mərkəzi Afrika və Madaqaskardan tam görünəcək.
2016-cı ildə Yer və Ayın mərkəzləri arasındakı ən az məsafə (357 448 km) noyabrın 14-də olacaq. Bu zaman ay çox böyük və aydın görünəcək. Digər "Super ay" hadisələri sentyabrın 16-sı, oktyabrın 16-sı, dekabrın 14-də baş verəcək, amma bu günlərdə ay yer kürəsinə nisbətən yaxınlaşacaq.
Məlumatda, həmçinin qeyd olunub ki, bu il qanlı ay tutulması hadisəsi gözlənilmir.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR