Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək
  • DÜNYA

 Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçirilməsi planlaşdırılıb.


"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

Nazir deyib ki, bu ilin mart ayında keçiriləcək hərbi təlimdə NATO-ya üzv və Alyansın tərəfdaşı olan 22 ölkə iştirak istəyini bildirib: "NATO-Gürcüstan manevrləri komanda-qərargah təlimləri olacaq. Bu baxımdan, əlavə hərbi texnikanın olacağı gözlənilmir. Hərbi təlimlər qatılacaq iştirakçı ölkələrin sayı baxımından genişmiqyaslı olacaq. Həmçinin Gürcüstan tarixində ilk dəfə olaraq təlimlər ölkənin müdafiə qüvvələrinin rəhbərliyi ilə keçiriləcək. NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi isə təlimlərin təşkilinə məsul olacaq”.

L.İzoria qeyd edib ki, digər genişmiqyaslı hərbi təlim Gürcüstanın qərbində təşkil olunacaq: "2019-cu ildə regional nöqteyi-nəzərdən ölkənin qərbində "Agile spirit” ("Çevik ruh” - red.) təlimləri keçiriləcək. Təlimlərdə ötən ildəkindən daha çox ölkələrin iştirakını arzu edirik və artıq bir sıra ölkələr qatılacaqlarını bildirblər. Gürcüstanın qərbində tarixdə ilk dəfə olaraq bu cür genişmiqyaslı çoxmillətli hərbi təlim baş tutacaq”. 

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR