Bu il azərbaycanlıların ən çox səfər etdiyi ölkələr məlum olub

Bu il azərbaycanlıların ən çox səfər etdiyi ölkələr məlum olub

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 731,6 min nəfər olub.


Aktual.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 36,5%-i İrana, 26,2%-i Gürcüstana, 18,4%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 1,1%-i Ukraynaya, 1%-i Birləşmiş Ərəb Əmirliklərinə, 7%-i isə digər ölkələrə səfər ediblər. Gedənlərin 67,7%-i kişilər, 32,3%-i isə qadınlar olub. 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8%, Rusiyaya gedənlərin sayı 7,3%, Gürcüstana gedənlərin sayı 7%, Türkiyəyə gedənlərin sayı isə 1,9% artıb. 

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83%-i dəmir yolu və avtomobil, 16,1%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

 
Xəbər 106 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR