Qış gəldi - YENİLƏNİB

Qış gəldi - YENİLƏNİB

Bu gün saat 14:44:12-də Azərbaycana qış daxil olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: "Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın 28 və 29 gündən ibarət olması da buna təsir edir".

Qeyd edək ki, ötən gecə Azərbaycanda ilin ən uzun gecəsi qeydə alınıb. Belə ki, gecənin uzunluğu 14 saat 43 dəqiqə olub. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənib.

X.Mikayılov əlavə edib ki, dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.

***
Bu gün Azərbaycana qış fəsli daxil olur.

Aktual.az  bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından lent.az-a verilən məlumata görə, bu gün saat 14:44:12-də Azərbaycanda qış fəsli başlayır.  

Bu gün həm də ən uzun gecə olacaq. Dekabrın 21-dən sonra gündüzlər uzanmağa başlayacaq, martın 21-də isə yaz gecə-gündüz bərabərliyi baş verəcək. 
 
Aktual.az
Xəbər 780 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR