Bu gün İrəvanda etiraz aksiyası olacaq

Bu gün İrəvanda etiraz aksiyası olacaq

Bu gün Ermənistanın paytaxtı İrəvanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiyanın keçirilməsinə səbəb kimi erməni iş adamı Levon Ayrapetyanın Moskvada həbs edilməsi göstərilib.

Qeyd edək ki, İrəvanda aprelin 13-də Rusiyaya qarşı etiraz aksiyası keçirilmişdi. Ermənilər Rusiyanın Azərbaycana silah satmasına etiraz edərək səfirliyin binasını yumurta atəşinə tutmuşdular.

Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR