Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür

Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür

Bu gün futbol üzrə XVII Avropa çempionatına start veriləcək.
Aktual.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Oyunun start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR