Britaniyalı alimlər: "Leonardo da Vinçi çəpgöz olub"

Britaniyalı alimlər:

 Leonardo da Vinçi yüngülvari çəpgöz olub.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, London Şəhər Univesitetinin oftalmoloqu Kristofer Taylerin sözlərinə görə, ümumiyyətlə, Rembrandtdan tutmuş Pikassoyadək bir çox məşhur rəssamlarda çəpgözlüyün olmasına onların bəzi əsərləri, o cümlədən avtoportretləri dəlalət edir: "Sənətşünasların fikrincə, çəpgözlük onlara sənətkarlıq baxımdan kömək edirmiş”.
Leonardonun naturaçı olduğu "Dünyanın xilaskarı” lövhəsini və Andrea del Veroçyonun yaratdığı "Davud” heykəlini incələyən britaniyalı mütəxəssis müvafiq olaraq İsa peyğəmbərin də, Davudun da baxışlarında qəribəliyi sezərək, bununla da dahi sənətkarın yüngül formalı çəpgözlüyü olduğunu müəyyənləşdirib.
 
Aktual.az
Xəbər 1176 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR