Britaniya parlamentinin fəaliyyətinin dayandırılmasına qarşı imza toplanır

Britaniya parlamentinin fəaliyyətinin dayandırılmasına qarşı imza toplanır
  • DÜNYA

Böyük Britaniya parlamentinin İcmalar Palatasının fəaliyyətini dayandırmamaq tələbini imzalayanların sayı 100 mini keçib

"Report” parlamentin saytına istinadən xəbər verir ki, bu barədə müraciət baş nazir Boris Conson tərəfindən bir qədər əvvəl parlamentinin fəaliyyətini oktyabrın 14-dək dayandırmaq qərarı verilməsindən dərhal sonra yerləşdirilib. Həmin vaxtdan etibarən müraciət altında hər dəqiqə orta hesabla 1300-dək imza qoyulur.
Ölkədəki mövcud qaydaya görə, 10 mindən artıq imza toplayan hər hansı müraciəti hökumət rəsmi şəkildə cavablandırmalı, 100 mindən artıq imza toplandıqda isə parlament tərəfindən müzakirə olunmalıdır.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR