“Boynumuza oturacaqlar” - Putin xarici siyasətdən danışdı

“Boynumuza oturacaqlar”   - Putin xarici siyasətdən danışdı

Rusiya Prezidenti Vladimir Putin canlı yayım zamanı dünya ölkələriylə dostluq münasibətlərindən danışıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Putin Rusiyanın dünya ölkələrinin əksəriyyətilə mehriban münasibətdə olduqlarını bildirib. Putinin sözlərinə görə, Rusiyanın bütövlükdə qonşuları və digər ölkələrlə xoş münasibətləri var.

“Türkiyəni də dostumuz, türk xalqını isə dost ölkə hesab edirik”, - deyə o qeyd edib.

Bununla yanaşı Putin bildirib ki, Rusiyanın bir neçə siyasi xadimlə problemi var: “Onların davranışlarını qeyri-adekvat hesab edirik və buna müvafiq şəkildə reaksiya veririk”.

“Gördüyünüz kimi, heç bir sıçrayış etmədən sakitcə işləyirik” deyən Putin ölkənin ona münasibətdə qeyri-dost hərəkətlərinə reaksiya verməməsinin mümkünsüz olduğunu bildirib: “Reaksiya vermək mütləq lazımdır, yoxsa boynuna oturacaqlar və qovmağa başlayacaqlar. Bu, artıq ən yeni tariximizdə olub. Buna geri qayıtmaq yol verilməzdir və biz bunu etməyəcəyik”.

“Lakin maraqlarımızı nəzərə alaraq, təbbi ki, bütün tərəfdaşlarımızla münasibətləri inkişaf etdirəcəyik. O cümlədən də qonşularımızla”., -deyə Prezident əlavə edib.

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR