Borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanıldı

Borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanıldı

Oktyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 15-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

 
Aktual.az-
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR