Biznes üçün tələb olunan icazələrin sayı azaldıla bilər

Biznes üçün tələb olunan icazələrin sayı azaldıla bilər

"Gələcəkdə hər hansı yeni lisenziyalaşdırılan fəaliyyət növü təklif olunsa, bu mütləq qanunla təsdiq edilmiş fəaliyyət növlərinin siyahısına daxil edilməlidir".


Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Lisenziyalar və icazələrin verilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavinin sözlərinə görə, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı təsdiq olunub və nazirlik tərəfindən icazələrin sayının optimallaşdırılması istiqamətində təkliflər hazırlanaraq Prezident Administrasiyasına təqdim olunub: "Çünki qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin, həm də icazələrin siyahısı təsdiq olunmalıdır. Hesab edirəm ki, "Lisenziyalar və icazələrin verilməsi haqqında" qanun layihəsi qəbul olunandan sonra siyahılar da təsdiqlənəcək. Ümumilikdə bu prosesin tənzimlənməsi, beynəlxalq təcrübədə qəbul olunan standartlara uyğun şəkildə normaların bu qanunda öz əksini tapması ölkədə biznes mühitin yaxşılaşdırılması istiqamətində atılan böyük addımlardan biri olacaq".

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR