Bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq - RƏSMİ

Bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq - RƏSMİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı açıq müsabiqə elan edib.

Aktual.az-ın Dövlət Satınalmalarının Vahid İnternet Portalından əldə etdiyi məlumata görə, satınalmanın predmeti respublikanın bir sıra təhsil müəssisələrində cari və əsaslı təmir işlərinin həyata keçirilməsidir.

Belə ki, satınalmanın ehtimal olunan dəyəri 4 260 957,17 manat təşkil edir.

Qeyd edək ki, təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılış vaxtı 1 sentyabr 2026-cı il, saat 10:00 müəyyən edilib.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR