Bir separatçı başqa bir separatçını dəstəkləyir...

Bir separatçı başqa bir separatçını dəstəkləyir...

Hollandiyada yaşayan dırnaqarası "azərbaycanlı" siyasi mühacir Əlikram Hümbətov qondarma "Talış Milli Hərəkatının bəyanatı" adında özü kimi sərsəm bir məktub yazıb, yayıb. Ermənistan adlı bədnam ölkənn Lragir.am saytı da Ə.Hümbətovun həmin məktubunu sevincək dərc edib. Digər erməni KİV-ləri də ona istinad ediblər. Aydın məsələdir ki, erməni mətbuatının Ə.Hümbətov kimi anti-Azərbaycançı siyasi meyitlərin məktublarını, bəyanatlarını belə həvəslə tirajlamaqda məqsədi bizim ölkəmizdə etnik separatizmi dəstəkləmək və milli-etnik zəmində bölücülük tendensiyalarını qızışdırmaqdır.

O ki qaldı sözügedən məktubun nə məqsədlə yazılmasına, Ə.Hümbətov bu məktubunda martın 1-də Rusiyadan Bakıya deport olunmuş və cinayət məsuliyyətinə cəlb edilmiş separatçı və təxribatçı Fəxrəddin Abbasovu müdafiə etməyə çalışıb. Necə deyərlər, bir separatçı başqa bir separatçını dəstəkləyir, müdafiə edir. Əslində Hümbətov öz keçmiş "sağ əl"ini dəstəkləməklə bir daha həm özünün, həm də F.Abbasovun gerçək kimliyini nümayiş etdirmiş oldu. Amma həm İrəvandan, həm də Moskvadan Azərbaycan əleyhinə tez-tez bəyanatlar yaymış, insanları separatçılıq düşüncəsi ilə zəhərləməyə çalışmış Fəxrəddin Abbasov kimi birisini ələkrəm hümbətovların məktubları, müraciətləri xilas edə bilməz. Öz çıxışları, bəyanatları, avantürist hərəkətləri, dövlətçiliyimiz əleyhinə yönələn açıq çağırışları ilə Azərbaycanda milli və irqi düşmənçiliyi qızışdırmağa çalışan F.Abbasov qanunun bütün gücü ilə sərt şəkildə cəzalandırılacaq, layiqli cəzasını alacaq.

Ələkrəm Hümbətovların isə talış xalqının adından danışmağa heç bir mənəvi haqqı yoxdur. O, həm talışlara, həm də bütövlükdə Azərbaycana xəyanət etmiş miskin və uğursuz bir təxribatçıdır. Mənim tanıdığım vətənpərvər ruhlu bütün talışlar Ə.Hümbətov kimi, F.Abbasov kimi araqarışdıranları, avantüristləri, satqınları şiddətlə qınayır. Azərbaycan bizim hamımız kimi talışların da ümumi evi, doğma vətənidir!

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR