Bir qrup zəvvar Ümrə ziyarətinə gedəcək

Bir qrup zəvvar Ümrə ziyarətinə gedəcək

Bu ayın sonu üçün Azərbaycandan növbəti bir qrup zəvvarın kiçik Həcc ziyarətinə (Ümrə) səfəri planlaşdırılır.

"Report"un məlumatına görə, bu ay üçün nəzərdə tutulan qrupda 25-35 nəfər olacaq.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni qiymətlər 500 dollardan da çox ucuzlaşıb.
 
Aktual.az
Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR