"Bir az da futbolda qalmaq istəyirəm"

  • İDMAN

Sentyabrda "Fluminense" klubu ilə yolları ayrılan Ronaldinyo, hələ ki, klubsuzdur. PSJ, "Barselona", "Milan" kimi klublarda top qovmuş 35 yaşlı yarımmüdafiəçi azad agent statusuna malikdir.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, Ronaldinyo son açıqlamasında BƏƏ, ABŞ və ya Braziliya çempionatında oynamaq istədiyini bildirib.

"Bir az da futbolda qalmaq istəyirəm. Bədənim buna hazırdır, karyeramı davam etdirməyə şadam. Məni MLS, BƏƏ və ya Braziliya çempionatında oynamaq cəlb edir. Bir neçə həftə düşünüb qərar vermək istəyirəm".

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR