Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü Bakıya göndərilib

Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü Bakıya göndərilib

Biləsuvar rayonunda benzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri Bakıya göndərilib.

"Report"un Muğan bürosunun məlumatına görə, köməkçi sürücü, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlunun vəziyyəti ağır olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından paytaxtdakı xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, bu gün Bakıdan Naxçıvana gedən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlunun idarə etdiyi "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyatı nişanlı yanacaqla dolu avtomobil yol kənarına aşıb və nəticədə yanğın baş verib. Hadisədə avtomobilin yanar hissələri, eləcə də çəndə olan 38 ton "Aİ-93” markalı benzin yanıb. Y.Kələntərovun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. E.Məmmədov isə əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR