Biləsuvarda əcnəbi vətəndaş külli miqdarda narkotiklə saxlanıldı

Biləsuvarda əcnəbi vətəndaş külli miqdarda narkotiklə saxlanıldı

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun Çaylı kəndi ərazisində yolun kənarında narkotik vasitələr gizlətdiyi müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizlətdiyi 22 kiloqram 30 qram heroin, 2 kiloqram 630 qram metamfetamin, 1 kiloqram 450 qram metadon və tramadol həbləri polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülüb.
Xəbər 135 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR