Beyrutda fövqəladə vəziyyətin müddəti uzadılıb

Beyrutda fövqəladə vəziyyətin müddəti uzadılıb
  • DÜNYA

Livan hökuməti Beyrut dəniz limanında partlayışla bağlı avqustun 8-də élan edilmiş fövqəladə vəziyyət rejimini daha bir ay - sentyabrın 18-nə qədər uzadılması haqqında qərar verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli mediada dərc olunan hökumətin bəyanatında bildirilib.
Qeyd edilib ki, paytaxtda mövcud vəziyyət nəzərə alınaraq, ölkə prezidenti və Baş nazirin razılığı əsasında sözügedən qərar qüvvəyə minib. 

Xatırladaq ki, avqustun 4-də Beyrut dəniz limanında güclü partlayış nəticəsində 178 nəfərdən çox adam ölüb. Bu səbəbdən Livanın paytaxtı fəlakət bölgəsi elan edilərək iki həftəlik fövqəladə vəziyyət tətbiq olunmuşdu.
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR