BEA 2025-ci ilə qədər neftin qiymətinin artacağını proqnozlaşdırır

BEA 2025-ci ilə qədər neftin qiymətinin artacağını proqnozlaşdırır

 Beynəlxalq Enerji Agentliyi (BEA) 2025-ci ildə neftin dəyəri üzrə qiymətləndirməsini 6% - 88 dollar-barelə qədər artırıb.


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, BEA həmçinin 2040-cı ilə qədər neftin qiymətinin 0,9% artaraq 112 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırıb.

BEA-nın ölkələrin mövcud enerji siyasətini və açıqladıqları planları nəzərə alan baza ssenarisinə görə, neftin qiyməti 2017-ci ilin 52 dollar/barel qiyməti ilə müqayisədə tədricən artacaq.

Bununla yanaşı, BEA 2040-cı ilədək dünyada neftə tələbatın ötən ilin göstəricisinə nisbətən 12,1% - gündə 106,3 milyon barelə qədər artacağını gözləyir. Bununla agentlik ötənilki proqnozla müqayisədə qiymətləndirməsini sutkalıq 1,4 milyon barelədək artırıb.

 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR