Bayden Putinlə Çin rəhbərini müqayisə etdi: “İkisi də...”

Bayden Putinlə Çin rəhbərini müqayisə etdi: “İkisi də...”

ABŞ Prezidenti Co Bayden Çin və Rusiya başçıları Si Szinpin və Vladimir Putini müqayisə edərək, onların avtokratiyanın demokratiyadan üstünlüyünə inandıqlarını qeyd edib. 

Aktual.az Qaynarinfoya istinadən  xəbər verir ki, Bayden bu barədə ABŞ-ın başçısı kimi çıxış etdiyi ilk mətbuat konfransında danışıb.

Bayden Si Szinpin üçün "düz" və "çox ağıllı oğlan" sözlərini işlədib. Eyni zamanda Çin lideri haqqında danışarkən Bayden Rusiya prezidentini də xatırladıb.
"O (Si Szinpin), Putin kimi, avtokratiyanın daim çətinləşən bir dünyada demokratiyanın qadir olmadığına qadir olduğuna inananlardan biridir", - Bayden NBC News-a deyib.

Bundan başqa, Ağ Ev rəhbərinin sözlərinə görə, o, digər dövlət başçılarından daha çox Si Szinpin ilə ünsiyyətdə olub.
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR