“Bavariya” finala itki ilə çıxacaq

“Bavariya” finala itki ilə çıxacaq

"Bavariya" Almaniya kubokunun finalında Dortmund "Borussiya"sı ilə oyuna itki ilə çıxacaq.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, münhenlilərin aparıcı oyunçusu Aryen Robben bu görüşdə komandasına kömək edə bilməyəcək.

Buna səbəb Robbenin zədəsini hələ də sağaltmamasıdı. Martda sıradan çıxan 31 yaşlı xavbek hələ də müalicə alır. Hollandiyalı yarımmüdafiəçinin "Borussiya"ya qarşı oynamayacağını "Bavariya"nın baş məşqçisi Xosep Qvardiola da təsdiqləyib.

Qeyd edək ki, "Bavariya"nın "Borussiya" ilə qarşılaşması mayın 21-də keçiriləcək.

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR