""Barselona" təkcə 11 oyunçudan ibarət deyil"


Xavyer Maskerano "Barselona"nın möhkəmləməsində baş məşqçi Luis Enrikenin xidmətini qeyd edib.


Aktual.az goal.az-a istinadən xəbər verir ki, argentinalı oyunçu bunları deyib:

"Luis Enrikenin xidmətlərini qeyd etmək lazımdır. "Barselona" təkcə 11 oyunçudan ibarət deyil. Bu komandaya məşqçi də lazımdır. Hər şeyin normal olması üçün ideya tələb olunur. İdeyanın uğur qazanması üçün məşqçi oyunçularını inandırmağı bacarmalıdır. Luis Enrikenin işi pis və ya yaxşı oyunla məhdudlaşmır. Onun rəhbərliyi altında problemli olan oyun aspektlərində xeyli irəliləyiş olub. Lazım olanda topa nəzarətdən əks-hücumlara asanlıqla çıxırıq".

Luis Enrike ötən ilin ayında "Barsa"da işləməyə başlayıb. Ötən mövsüm komanda İspaniya Superkubokundan başqa bütün titullara sahib çıxmışdı.

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR