Bakının Səngəçal qəsəbəsində qatar uşağı vurub

Bakının Səngəçal qəsəbəsində qatar uşağı vurub

Avqustun 5-də, saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki stansiyasının I yoluna daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov  ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən, qəfil qatarın qabağına çıxıb. 

Bu barədə Aktual.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılmış, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir. 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və ADY-nin əməkdaşları araşdırma aparır. 
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR