Bakının bu qəsəbəsində işıq olmayacaq

Bakının bu qəsəbəsində işıq olmayacaq

Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı "kənd Əhmədli" adlanan yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Aktual.az-a "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, fasilə əsasən Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov və Xudu Məmmədov küçələrini əhatə edəcək. Buna səbəb Azərenerji”yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir.
"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Aktual.az
Xəbər 141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR