Bakının 2024-cü il Olimpiya Oyunlarından imtinasının – SƏBƏBLƏRİ

Bakının 2024-cü il Olimpiya Oyunlarından imtinasının – SƏBƏBLƏRİ
  • İDMAN

Nazirlik rəsmisi açıqlama verdi.

Gənclər və İdman Nazirliyi Bakının 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürülməməsinə münasibət bilidirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Oxu.Az-a bildirb ki, Bakının 2024-cü il Olimpiadasına namizədlikdən imtina etməsinə səbəb qarşıdan gələn digər irimiqyaslı yarışlara hazırlıqla əlaqədardır.

“Biz namizədliyimizi vermədik. Çünki qarşıda İslam Həmrəylik Oyunları - 2017, “Formula 1” yarışı və Şahmat Olimpidası var. Eyni zamanda 2016-cı ildə Rio De Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşırıq. 2024-cü il Olimpiya Oyunları həddən artıq diqqət və konsentrasiya tələb edir”, - nazirliyin nümayəndəsi deyib. 

Xəbər 831 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR