Bakıdan Naxçıvana uçan təyyarə eniş edə bilmədi - SƏBƏB

Bakıdan Naxçıvana uçan təyyarə eniş edə bilmədi - SƏBƏB

"Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Aktual.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR