Bakıdan Bolqarıstana avtobusla getmək olacaq

Bakıdan Bolqarıstana avtobusla getmək olacaq

Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmqanqızı bildirib.

Onun sözlərinə görə, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcəkdir. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.

Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir.

Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR