Daha bir erməni əsgəri “naməlum səbəb”dən ölüb

Daha bir erməni əsgəri “naməlum səbəb”dən ölüb

Daha bir erməni əsgəri “naməlum səbəb”dən ölüb.

 

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, hərbi hissələrin birində xidmət edən 1992-ci il təvəllüdlü Аyk Marqaryan ölüb.

 

Əsgərin ölüm səbəbinin müəyyənləşməsi üçün araşdırma başlanıldığı bildirilir.

 

Qeyd edək ki, Ermənistan Ordusunda əsgərlərin xəstəlikdən ölməsi, bir-birini güllələməsi, hərbi hissəni özbaşına tərk etmələr ilə yanaşı “naməlum şəraitdə ölmələri” ilə bağlı da xəbərlər mütəmadi olaraq yayılır. Bu xəbərlərin əksəriyyəti sosial şəbəkələrdə yayılsa da, Ermənistan Müdafiə Nazirliyi xəbərlərin adətən mediada yayılmasının qarşısını alır. Qondarma “Dağlıq Qarabağ Respublikasının” qeydiyyatında olan əsgərlərin ölümü isə birmənalı olaraq Ermənistan ictimaiyyətindən və KİV-dən gizlədilir. 


Xəbər 834 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR