Bakıda taksi sürücüsünün telefon və 540 manatını oğurladılar - FOTO

Bakıda taksi sürücüsünün telefon və 540 manatını oğurladılar   - FOTO

Paytaxtın Nizami rayonunda, "Neftçilər" metrostansiyasının yaxınlığında oğurluq hadisəsi baş verib. Taksi sürücüsünün avtomobilindən ona məxsus telefon və 540 manatdan artıq pul oğurlanıb.

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə bu gün saat 21:45 radələrində baş verib. "HUNDAİ" markalı 10-PV-456 dövlət nömrə nişanlı avtomobilin sahibi avtomobilini yolun kənarında saxlayaraq yaxınlıqdakı marketə daxil olub. Bu zaman avtomobildə olan şəxs oğurluğa əl atıb.

Sürücünün verdiyi məlumata görə, mağazadan alış-veriş edib qayıdarkən avtomobildə olan şəxs onun 540 manat pulunu və mobil telefonunu oğurlayıb".

Zərərçəkən hələ ki, bu barədə polis idarəsinə müraciət etmədiyini bildirib.

Aktual.az

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR