Bakıda seyf oğruları tutuldu

Bakıda seyf oğruları tutuldu

Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.

Aktual.az  DİN-ə istinadən xəbər verir ki, Xəzər rayon 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  aprelin 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 3130 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.
 
Binəqədi rayon 4-cü PB-nin əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisindəki MMC-lərdən birinin anbarından 2000 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Abdullayev tutulub.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 
 

Aktual.az

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR