Bakıda sərnişin avtobusu aşdı: yaralı var

Bakıda sərnişin avtobusu aşdı:  yaralı var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

AzVision.az xəbər verir ki, hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, Bayıl ərazisində "Tarelka" adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. 

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli qəza barədə xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi səbəbindən baş verib.

"Qəza baş verərkən avtobusun içərisində sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.", - deyə Vüqar İbrahimli bildirib.

Aktual.az

Xəbər 1408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR