Bakıda polisə tabesizlik göstərən sürücü saxlanıldı

Bakıda polisə tabesizlik göstərən sürücü saxlanıldı

İunun 22-si saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində "Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarında Bakı şəhər sakini, sürücü Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.





Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR