Bakıda növbəti avtobus qəzası: Xəsarət alanlar var

Bakıda növbəti avtobus qəzası:   Xəsarət alanlar var

Bakıda yol qəzası qeydə alınıb.
 
 
APA-nın məlumatına görə, yol qəzası Sabunçu rayonunda Balaxanı qəsəbəsində baş verib.
 
 
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Mehman Vaqif oğlu Əliyarovun idarə etdiyi “İsuzi” markalı, 216 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə, Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Cahangir Bayram oğlu Cahangirovun idarə etdiyi “Wokswagen” markalı minik avtomobili toqquşub.
 
 
Qəza nəticəsində M. Əliyarovun sərnişinləri, Bakı şəhər sakinləri 1957-ci il təvəllüdlü Elmira Məcid qızı Məmmədova, 1964-cü il təvəllüdlü Gülkərəm Əliəşrəf qızı Murtuzayeva 3 saylı Şəhər Klinik Xəstəxanasına, C. Cahangirov və sərnişinləri - arvadı, 1987-ci il təvəllüdlü Ülviyyə Vaqif qızı və övladı 2015-ci il təvəllüdlü Zeynəb Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib.
 
 
Faktla bağlı araşdırma aparılır.
 
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR