Bakıda məktəblinin ölümünə səbəb olan sürücünün cəzası azaldıldı

Bakıda məktəblinin ölümünə səbəb olan sürücünün cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurlan Xeyrulla oğlu Fərhadov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Aktual.az report-a istinadən bildirir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. N.Fərhadovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, 2015-ci il aprel ayının 23-də Daxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Belə ki, həmin il aprelin 22-də saat 09:00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub və o, hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Toyota" markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini N.Fərhadov saxlanılıb.

Qəzada ölən piyadanın 9 yaşı var və o, orta məktəbin 3-cü sinif şagirdi olub.
2015-ci il dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR