Bakıda karantini pozan kafe icarədarı və 8 nəfər saxlanıldı

Bakıda karantini pozan kafe icarədarı və 8 nəfər saxlanıldı

Bakıda karantini pozan kafe aşkarlanıb.

"Report”un xəbərinə görə, iyunun 7-i saat 17:15-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 9 nəfər şəxs saxlanılıb.
Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdlü Məlakə Xəlilova və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib, video çəkilişlər aparılıb.
Məhəbbət Quliyeva, Nəriman Kərimov vəSəddam Əlili İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə barələrində inzibati protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.
12-ci PŞ-nə gətirilən digər 6 nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 200 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR