Bakıda İŞİD-çilərin şikayətinə baxıldı

Bakıda İŞİD-çilərin şikayətinə baxıldı

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Vladimir Marfinin apellaysiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, məhkəmə şikayətləri təmin etməyib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Ağcabəyov 13 il, V.Marfin 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
 
Rufan Ağcabəyov və Vladimir Marfin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.
 
Onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)", "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak etdikləri bildirilib.
 
Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib.  Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
 
Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunub.
 
Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR